Toksik (sağlam olmayan) utanc hissi
Toksik (sağlam olmayan) utanc hissi yaşayan insan özünü lüzumsuz, dəyərsiz, və ya qüsurlu hiss edir. Toksik utanc hissi isə uşaqlıqda formalaşır, o zaman ki, qiymətləndirən və dəyərsizləşdirən böyüklər deyirdilər:
"Daha yaxşı ola bilərdi"
"Başqalarının uşaq kimi uşaqları var, amma sən..."
"Niyə birinci yox, ikinci yer?"
"Mən sənin yaşında...”
Böyüklər uşağı olduğu kimi qəbul etmirdilər. Ona özü kimi olmaq qadağan edilmişdi. O, daha ağıllı, daha mülayim, daha sərt olmalı idi... Ona görə də o, ömrü boyu başqası olmağa çalışır. Onun özünə qarşı tələbləri həddindən artıq, sərt, amansız və real olmur.
Toksik utancla çalışmaq uzunmüddətli psixoterapiya tələb edir, müştəri təhlükəsizlik, qəbul edilmə və şəfqət sayəsində həqiqi özünü tapa bilər və öz həqiqi mənliyini sevə bilər.
Hörmətlə, psixoloq və psixoloterapevt Türkan Piriyeva