Paxıllıq hissi
“Paxıllıq hissi keçirmək normaldır” bu ifadəni məndən eşitdikdən sonra, rəfiqəm mənə paxıllığın “pis” hiss olduğunu dedi.
Əslində, paxıllıq hissi bizim üçün vacib olan ehtiyac və istəklərimizə işarə edir. Ancaq çox vaxt bir insanın bunu özünə belə etiraf etməsi çətindir. Və beləliklə, özünü daha yaxşı başa düşməyə və ehtiyaclarını araşdırmağa imkan verə biləcək kompasdan və etibarlı köməkçidən məhrum edir.
Paxıllıq hissi insanın real həyatda nə istədiyini və nəyə ehtiyacı olduğunu başa düşməyə kömək edə bilər. Və bunu başa düşmək üçün insanın özünə bu hissi yaşamaq haqqını verməsi lazımdır.
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.