Psixoloji travma
Psixoloji travma psixikaya güclü təsir göstərən tək və ya təkrarlanan stresli hadisələr nəticəsində yaranır. Bir çox psixoloji travma yaşayan insanlar güclü emosiyaların öhdəsindən gəlmək üçün baş verənləri sanki onlarla deyil, digər insanlarla yaşanmış kimi qəbul edir, hisslərini inkar edir, boğur, “dondurur” və ya həssaslığını azaldır.
Bir sıra psixoloji travma yaşayan insanlar istismarçıya qarşı ifadə olunmayan hərəkətləri və hissləri özlərinə yönəldə bilər, məsələn:
İnsan ona nifrət etmək əvəzinə, özünə nifrət etməyə başlayır
Ona hirslənmək əvəzinə özünə hirslənir
Ona qarşı ikrah hissi duymaq əvəzinə özündən iyrənməyə başlayır
- Başqalarının fikirlərini sadəcə inama əsaslanaraq qəbul edə bilər, məsələn:
Cinsi istismara məruz qalan və ikrah, gücsüzlük hissi yaşayan insan özünə qarşı bu hissləri qəbul etməyə başlayır: “Mən çirkliyəm”, “Mən zəifəm”.
Dəfələrlə fiziki zorakılığa məruz qalan şəxs “Bu digər insanlarda olur və bu normaldır" ifadəsini səsləndirir.
- Onlar çox vaxt müəyyən keyfiyyətləri rədd edib, inkar edə bilərlər, məsələn:
Uşaqlıqda valideynləri tərəfindən zorakılığa məruz qalan insan onlar kimi olmamaq üçün qəzəbini ifadə etməyə imkan vermir.
Çox vaxt özlərinə həssas olmağa imkan verməyə bilərlər.
Bu müdafiələr insana təcrübələrin gərginliyini azaltmağa kömək edir, lakin nəticədə onlar da reallığı təhrif edir və insanda narahatlıq artır, onun üçün möhkəm münasibətlər qurmaq çətinləşir.
Psixoterapiya zamanı bu müdafiə mexanizmləri işlənir. Psixoterapevtin dəstəyi sayəsində müştəri tədricən çətin təcrübələrin öhdəsindən gəlməyi öyrənir. O özünə qorxu, qəzəb, kədər hissi yaşamağa icazə verməyə başlayır, çünki bir insan dəhşətli və pis situasiya ilə qarşılaşdığı zaman bu hissləri yaşaması onun bu hadisəyə verdiyi normal bir reaksiyasıdır. Yadda saxlamaq lazımdır ki, bu proses tez bir zamanda həll edilə bilməz və uzunmüddətli psixoterapiya lazımdır.
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.