Sevgi asılılığı
Əslində, kitablarda təsvir olunan çılğın, bədbəxt sevgi, ağrı və iztirab gətirən sevgi deyil. Bu, asılılıqdır!
Sevgi asılılığı insanı əzir və boğur. O, yavaş-yavaş, lakin şübhəsiz ki, insanın bütün həyatını məhv edir. Həyat yalnız bu münasibətdən ibarət olur, bütün digər maraqlar yox olur. Sevgi asılılığı özündə qeyri-müəyyənlik, qısqanclıq, şübhələr daşıyır və digər insandan asılılığa səbəb olur:
"Mən onsuz yaşaya bilmərəm!"
"O yanımda olmasa, mən yoxam"
Elə bir hiss yaranır ki, sanki sevdıyı insan olmadan, həmin insan lüzumsuz və dəyərsiz olur. Sevgi aslılığı insanı məhdudlaşdıran və iflic edən boşluq, narahatlıq, qorxu mənbəyinə çevrilir.
Sevgi asılılığından fərqli olaraq, yetkin sevgi iki böyük insanın müstəqil şəkildə birlikdə olmaq seçimidir. Tərəfdaşınızı bütün xüsusiyyətləri ilə qəbul etmək və onu deyışdırməməyə çalışmaq deməkdir. Yetkin sevgi - mən sənsiz yaşaya bilərəm, amma səni sevirəm və buna görə də seninlə olmaq istəyirəm deyə bilməkdir.
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.