Sənin özün olmaq hüququn var!
Gəldimki, sənə xatırladım.
Sənin özünü seçmək hüququn var.
Sənin özünə nə uyğun deyilsə, nəyi bəyənmirsən və etmək istəmirsənsə, ona yox demək hüququn var.
Sənin öz sürətin ilə hərəkət etmək və ehtiyacın olan qədər inkişaf etmək hüququn var.
Sənin ağlamaq, qəzəblənmək, paxıllıq etmək, qorxmaq, sevmək və nifrət etmək hüququn var.
Sənin az məhsuldar olmaq və səhv etmək hüququn var.
Sənin həssas, çaşqın, bilgisiz və ideal olmamaq hüququn var.
Sənin olduğun kimi olmaq hüququn var.
SƏNİN ÖZÜN OLMAQ HÜQUQUN VAR!
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.