Psixoloq, psixoterapevt, psixiatr arasındakı fərq
Səhifəmdəki izləyicilər mənə tez-tez: “Həkim, ...”, “Mənə dəqiq diaqnoz qoya bilərsinizmi?” və ya “Dərmanlar təyin edirsiniz?” – deyə müraciət edərək suallar ünvanlayırlar. Buna görə psixoloq, psixoterapevt, psixiatr arasındakı fərqi təsvir edə biləcəyim bir post yazmağa qərar verdim.
Beləliklə, başlayaq.
Psixoloq kimdir?
Psixoloq bu ixtisas üzrə ali təhsil almış mütəxəssisdir. Psixoloq həkim deyil. Onun diaqnoz qoymaq və dərman yazmaq haqqı yoxdur. Psixoloji konsultasiya aparmaq üçün psixoloq fərdi terapiya və superviziya keçməlidir. Psixoloq konsultasiya zamanı müştəriyə hazır cavablar və məsləhətlər vermir. О, müştəriyə hansısa həyat vəziyyətini anlamağa kömək edir.
Psixiatr kimdir?
Psixiatr tibb təhsili almış, diaqnostika ilə məşğul olan, xəstənin ehtiyaclarına uyğun olaraq müalicə planını təyin edən, həmçinin dərman müalicəsi aparan mütəxəssisdir.
Psixoterapevt kimdir?
Psixoterapevt psixoterapiya (“gestalt terapiyası”, “koqnitiv davranış terapiyası”, “psixoanaliz” və s.) sahəsində təhsil almış həkim və ya psixoloqdur. Psixoterapiya insanın özündə dərin dəyişikliklərə yönəlmiş uzun bir prosesdir.
Ümid edirəm ki, yazdığım post sizə bu peşələri qarışdırmamaq və ayırd etməməkdə kömək edəcək.
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.