Fərdi terapiya
Bütün dünyada psixoloqlar üçün ciddi tələblər var - fərdi terapiyanın olması, yəni psixoloqun özü də başqa bir psixoloqa baş çəkməlidir.
Psixoloq tərəfindən fərdi terapiyanın keçirilməsi həm təlim prosesində, həm də diplom və təhsil sertifikatı aldıqdan sonra lazımdır. Avropada fərdi terapiya keçmədən mütəxəssisin işləmək hüququ yoxdur, çünki fərdi terapiya olmadan psixoloq heç vaxt peşəkar psixoloji yardım göstərə bilməyəcək. O, həmişə öz problemlərini müştərilərə proyeksiya (aid) edəcək, sonra da müştərilərin hesabına onları həll edəcək.
Psixoloq seçərkən onun təhsili, ixtisası və iştirak etdiyi təlimlər haqqında məlumat tələb etmək hüququnuzun olduğunu bilmək çox vacibdir. Bura həm də psixoloqun fərdi terapiya və superviziya keçməsi ilə bağlı məlumatlar da daxildir.
Hörmətlə, psixoloq və psixoloterapevt Türkan Piriyeva.