Özünü sevmək (2)
Əgər sən nə vaxtsa təyyarədə olmusansa, yəqin ki, uçuşdan əvvəl eşitmisən: "Fövqəladə vəziyyət zamanı böyüklər ətrafdakılara kömək etməzdən əvvəl öz oksigen maskalarını taxmalıdırlar". Bu deyim ilk növbədə özünü sevməyə də aiddir.
Özünü sevmək özünə qarşı xeyirxahlığı əhatə edir, buna görə də özünü bağışlamaq və özünü qınamaqdan çəkinmək, yəni səhvini etiraf etmək və peşman olmaq özünü qınamaq və ya cəzalandırmaq deyil, özünü bağışlamaqdır.
Özünü sevmək özünə diqqət yetirmək, ehtiyaclarının qeydinə qalmaq və özünü fikirləşərək seçim etməkdir. Özünü sevmək yox demək bacarığıdır.
Özünü sevmək özünə inanmaq və özünü dəstəkləməkdir.
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.