Özünü sevmək
Bil ki, özünü sevmək eqoizm və ya təkəbbürlülük deyil. Özünə hər şeyi məhdudiyyətsiz şəkildə icazə vermək də deyil.
Özünü sevmək - özünü olduğun kimi qəbul etməkdir. Başqalarının gözləntiləri ilə yaşamamağa və bunun əvəzinə özün olduğun kimi olmağa icazə vermək deməkdir. Sən özünə öz tempin və istiqamətində inkişaf etmək, sağlam sərhədləri necə təyin etmək və səhvlərini bağışlamaq icazəsi verirsən.
Özünü sevmək özünə mehribanlıq və hörmətlə yanaşmaqdır. Özün ilə və özün haqqında sevgi ilə danışmaqdır.
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.